Mateuş Silva: “Qələbələr bizi arxayınlaşdırmamalıdır”
02.10.2025 - 11:23
Mateuş Silva: “Qələbələr bizi arxayınlaşdırmamalıdır”

“Hər şeydən öncə bildirmək istəyirəm ki, çox xoşbəxtəm. Çempionlar Liqasında oynamaq mənim ən böyük arzularımdan biri idi və bu arzum gerçəkləşdi”. 

Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın müdafiəçisi Mateuş Silva deyib.

Braziliyalı futbolçu Çempionlar Liqasında oynamağın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Təkcə mən yox, bütün komanda bu turnirdə iştirak etdiyi üçün çox xoşbəxtdir. Məşqlərdə gördüyümüz işləri meydanda tətbiq etməyə çalışırıq. Hazırda bu qələbənin sevincini yaşamaq istəyirik. Sonra daxili çempionata və daha sonra “Atletik”lə görüşə hazırlaşacağıq. Baş məşqçimiz bizə bütün lazımi tapşırıqları verəcək”.

Silva komanda oyunundan da razı qaldığını vurğulayıb: “Biz fərdi mükafatlara önəm vermirik. Komanda olaraq meydana çıxıb bütün gücümüzlə çalışırıq ki, ən yaxşısını edək. Bu gün hər bir futbolçu “oyunun ən yaxşısı” mükafatına layiq idi. Çempionlar Liqasında ardıcıl qələbələr qazanmağımız mümkündür. Amma bu qələbələr bizi arxayınlaşdırmamalıdır. İşimizə davam etməliyik. Bizim məqsədimiz həmişə qələbə olub və belə də davam edəcəyik”.