Mərakeş millisində ciddi itki
09.07.2026 - 15:12
Mərakeş millisində ciddi itki

Mərakeş millisi DÇ-2026-nın 1/4 finalında Fransaya qarşı keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq.

Apasport.az xəbər verir ki, komandanın hücumçusu İsmail Saibari bu qarşılaşmanı buraxacaq.

Bu barədə yığmanın baş məşqçisi Məhəmməd Vahbi mətbuat konfransında açıqlama verib. Mütəxəssis 25 yaşlı futbolçunun hələ tam hazır olmadığını bildirib:

“Saibari hazır deyil, hələ tezdir. Ümid edirəm ki, növbəti oyuna qədər oynamağa hazır olacaq”.

Xatırladaq ki, Saibari 1/8 finalda Kanada ilə matçın əvvəlində zədələnmişdi.