Millimiz məğlub oldu - YENİLƏNİB
05.06.2026 - 19:52
Millimiz məğlub oldu - YENİLƏNİB

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Macarıstanla qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matç saat 18:00-da başlayıb.

Görüş rəqibin qələbəsi ilə nəticələnib. Hesab bərabərləşsə də, sonda qonaqlar minimalhesablı qələbə qazanıb.

Qeyd edək ki, qrupun digər matçında Andorra Şimali Makedoniyanı qəbul edəcək.  

5 iyun
Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup

18:00. Azərbaycan – Macarıstan 1:1
Baş hakim: Vanya Yankoviç (Sloveniya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.