Millimiz finalda! - YENİLƏNİB
03.06.2026 - 23:57
Minifutbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında yarımfinal matçına çıxıb.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Serbiya ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.
Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan millimiz adını finala yazdırıb.
Komandamız final görüşündə Ukrayna millisi ilə qarşılaşacaq. Görüş 4 iyunda baş tutacaq.
Qeyd edək ki, Ukrayna millisi yarımfinal matçında Macarıstanı məğlub edib – 5:1.
- Son baş məşqçinin göstəricisini təkrarladı
- Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
- DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB
- DÇ: 104 oyunun hamısı canlı yayımlanacaq - 92-si İTV-də, 12-si CBC Sport-da
- İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm”
0
0