Millimizin heyətində dəyişiklik baş verib
05.06.2026 - 16:26
Millimizin heyətində dəyişiklik baş verib

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib.

Apasport.az xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.

Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan İBARƏT komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.