"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 4-cü qrupundakı yarımfinal oyununun hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın Türkiyənin "Fomget" klubuna qarşı keçirəcəyi oyun isveçli baş hakim Hanna Laajanenə həvalə olunub.
Ona yan xətt hakimləri həmyerlisi Yilan Taher və belçikalı Marqot Yakobs yardım edəcək. Dördüncü hakim funksiyasını belçikalı Yana Van Laere yerinə yetirəcək.
Hakim-inspektor uelsli Çeril Foster, UEFA nümayəndəsi isə gürcüstanlı Bakar Jordaniya olacaq.
Qeyd edək ki, iyulun 30-da Albaniyanın paytaxtı Tiranadakı "Ştepia" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
- Avropa Liqası: “Sosyedad” və “Benfika”dan darmadağın - YENİLƏNİB
- AL: İstanbulda qalib müəyyənləşmədi – YENİLƏNİB
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib