"Qarabağ" - "Şelburn" matçının vaxtı bəlli olub
17.07.2025 - 13:15

"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki "Şelburn"a (İrlandiya) qarşı görüşünün vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, ilk oyun iyulun 23-də İrlandiyada baş tutacaq və görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ın "Şelburn"a qarşı keçirəcəyi cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da başlayacaq.
- Pavel Şafranko: “Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq”
- “Selye”nin futbolçusu: “Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik”
- Dünya çempionatına bilet satışları başlayır
- ÇL: I təsnifatın cavab oyunlarına start verilib - YENİLƏNİB
- Klublararası Dünya Çempionatının finalında qalmaqal - VİDEO
0
0