Bu gün Qazaxıstanın Aktau şəhərində türkdilli ölkələrin komandaları arasında keçiriləcək "Turan Cup 2025" futbol turnirinə start veriləcək.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandası da yarışda iştirak edəcək.
Təmsilçimiz bu gün saat 18:00-da Qazaxıstanın "Kaspiy" klubu ilə qarşılaşacaq.
Turnirdə "Qarabağ"la yanaşı, "Fənərbağça", "Rizəspor" (hər ikisi Türkiyə), "Bunyodkor", "Paxtakor" (hər ikisi Özbəkistan), Bişkek Milli Akademiyası (Qırğızıstan), "Kaspiy", "Kayrat" (hər ikisi Qazaxıstan) da mübarizə aparacaq.
Xatırladaq ki, turnir avqustun 25-nə qədər davam edəcək.
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq