UEFA Çempionlar Liqası pley-off mərhələsində "Ferentsvaroş" "Qarabağ"ı qəbul edəcək.
Apasport.az xəbər verir ki, matçdan öncə təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Yenidən burda olmaq xoşdur. Yaxşı komandaya qarşı vacib oyunumuz olacaq. Belə rəqibə qarşı oynamaq xoşdur. Çox istəkli komanda ilə qarşılaşacağıq. Baş məşqçiləri və futbolçuları Liqa mərhələsinə düşmək üçün istəklidirlər. Çalışmalıyıq ki, düzgün oynayaq və istəkli olaq. İnanıram ki, azarkeşlər oyundan razı qalacaq. Yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu isə ayın 27-də Bakıda baş tutacaq.
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq