Raxmonaliyevin millisindən qələbə
30.03.2026 - 21:03
"Sabah"ın futbolçusu Umarali Raxmonaliyevin çıxış etdiyi Özbəkistan yığması növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, komanda "FIFA Series" turnirində Venesuela millisi ilə qarşılaşıb.
Görüş bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha inamlı olan Özbəkistan yığması 5:4 hesablı qələbəyə sevinib.
Umarali Raxmonaliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.
0
0