"Real"da Kurtuanın əvəzləyicisi axtarılır - İki namizəd var
07.07.2026 - 14:11
"Real"da Kurtuanın əvəzləyicisi axtarılır - İki namizəd var

Madrid "Real"ı qapıçı Tibo Kurtuanın mümkün əvəzləyiciləri ilə bağlı müzakirələrə başlayıb.

Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin iddiasına görə, namizədlər arasında "Brayton"un və Niderland millisinin qapıçısı Bart Verbrüggenin adı var. Bundan başqa, Madrid klubu öz akademiyasına da güvənir.

"Real Kastilya"nın qapıçısı Fran Qonsales əsas variantlardan biri hesab olunur.

Bununla belə, hazırda Kurtuanın komandada əvəzolunmaz fiqur olduğu bildirilir. Bu səbəbdən "Real" yeni qapıçı transferini təcili məsələ kimi görmür.

Qeyd edək ki, Tibo Kurtua 2018-ci ildən "Real"da çıxış edir. Belçikalı qapıçı 2022-ci ilin oktyabrında 2021/2022 mövsümünün ən yaxşı qapıçısı kimi Lev Yaşin mükafatına layiq görülüb.