“Sabah”ın Konfrans Liqasındakı rəqibi bəlli olub
18.07.2025 - 01:34
“Sabah”ın Konfrans Liqasındakı rəqibi bəlli olub

UEFA Avropa Liqası ilə vidalaşan “Sabah” mübarizəsini Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Moldova klubu “Petrokub”la qarşılaşacaq.

Komandalar arasında ilk oyun iyulun 24-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Xatırladaq ki, “Petrokub” turnirin I təsnifat mərhələsində Malta təmsilçisi “Birkirkara”nı iki oyunun nəticəsinə görə üstələyib – 0:1, 3:0.

Qeyd edək ki, “Sabah” Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya klubu “Selye” ilə mübarizədə turnirdən kənarda qalıb – 2:3, 3:3.