Sane qol vurdu, Almaniya millisi qələbə qazandı
07.06.2026 - 00:44
Almaniya millisi DÇ-2026 öncəsi yoxlama matçı keçirib.
Apasport.az xəbər verir ki, komanda meydan sahibi ABŞ yığması ilə qarşılaşıb.
Görüşdə hesab erkən açılıb. Kai Haverts fərqlənib. ABŞ yığması 37-ci dəqiqədə Antone Robinsonun qolu ilə tarazlığı bərpa etsə də, fasilədən sonra son sözü Almaniya deyib. 57-ci dəqiqədə "Qalatasaray"ın futbolçusu Leroy Sane fərqlənərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, Almaniya millisi 2026-cı il dünya çempionatının E qrupunda Ekvador, Kot-d'İvuar və Kürasao ilə mübarizə aparacaq.
0
0