UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və İrlandiyanın "Şelburn” komandaları arasında keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, matçda ədaləti Xorvatiyadan olan hakimlər briqadası qoruyacaq.
Baş hakim Ante Çulinaya Luka Puşiç və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.
VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.
Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.
- Azərbaycan millisindən növbəti qələbə - YENİLƏNİB
- Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib
- Azərbaycan millisi məğlub olub
- Konfrans Liqası: "Atalanta" Niderlandda xalsız qaldı - YENİLƏNİB
- Avropa Liqası: “Sosyedad” və “Benfika”dan darmadağın - YENİLƏNİB