Seneqal 1/4 finalda
04.01.2026 - 11:49
Seneqal 1/4 finalda

Afrika Millətlər Kubokunda ilk 1/4 finalçı məlum olub.

Apasport.az xəbər verir ki, 1/8 finalda Sudanı məğlub edən Seneqal adını 1/4 finala yazdırıb.

Komanda 3:1 hesablı qələbəyə sevinib. Qolları Qeye (2) və Mbaye vurub. Sudanda isə Abdalla fərqlənib.