“Siti”dən darmadağın, “Tottenhem”dən heç-heçə
28.09.2025 - 01:09
“Siti”dən darmadağın, “Tottenhem”dən heç-heçə

İngiltərə Premyer Liqasında VI tur davam edir.

Apasport.az xəbər verir ki, "Mançester Siti" "Börnli"ni qəbul edib. 

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. "Şəhərlilər" 5:1 hesablı qələbəyə sevinib.

"Nottingem Forest" "Sanderlend"ə səfərdə uduzub. Komanda minimalhesablı məğlubiyyətə üzülüb.

"Lids Yunayted" "Bornmut"la qarşılaşıb. Tərəflər hərəyə 2 qol vurublar - 2:2.

Günün son matçında "Tottenhem" "Vulverhempton"la üz-üzə gəlib. Tərəflər matçdan hərəyə 1 qol, 1 xalla ayrılıblar - 1:1.