Tedesko: “Buraxdığımız qollar qəbuledilməzdir”
25.09.2025 - 01:45
Tedesko: “Buraxdığımız qollar qəbuledilməzdir”

"Fənərbaxça" UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində səfərdə Zaqreb "Dinamo"suna 3:1 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko bir sıra açıqlamalar verib:

“Son oyunlarda heç yaxşı deyildik. Məğlub olmaq bizi çox üzsə də, mən və komandam məsələyə bir çox fərqli prizmadan yanaşırıq. Yalnız nəticəyə baxmırıq. Bir çox sahədə irəliləyiş etmişik. Bu gün əvvəlki oyunlara nisbətən topa daha çox sahib olduq, daha az top itirdik, pressinq gücümüz də yaxşı idi. Həm Marko Asensio, həm də Nelson Semedo topu saxlamaqda bizə çox kömək etdilər. Bu gün problem fərqli idi – qolları necə buraxmağımız. Daha yaxşı müdafiə olunmalıyıq. 3-cü qolda zərbəni mütləq bloklamalı idik. Bu, mənim üçün əsas məsələdir. İkili mübarizələri qazanmaqda problemimiz davam edir. Komanda əlindən gələni edir, amma bu kifayət deyil. Fiziki gücümüz və sürətimiz yetərli səviyyədə deyil. Siz də bunu görürsünüz. Mənim üçün bu, çətin vəziyyətdir. Addım-addım inkişaf etməliyik. Buraxdığımız qollar qəbuledilməzdir. Cərimə meydançasında oyunçuları qaçırırıq. Halbuki bunlar artıq komandada olması vacib şeylərdir. Bunları ayrıca danışmaq və üzərində işləmək üçün vaxtımız yoxdur, çünki bunları oyunçular özləri etməlidir".