Tedeskodan uğursuz debüt - “Fənər” səfərdə məğlub oldu - YENİLƏNİB
25.09.2025 - 00:53
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, əsas mərhələnin ilk günündə 9 qarşılaşma baş tutub.
"Fənərbaxça" "Dinamo"nun qonağı olub. Zaqrebdə keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Gərgin keçən qarşılaşmada sevinən tərəf ev sahibləri olub. Görüş "Dinamo"nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, matç komandanın yeni baş məşqçisi Dominik Tedeskonun rəhbərliyi altında ilk avroliqa oyunu olub.
UEFA Avropa Liqası
I tur
24 sentyabr
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Fənərbaxça (Türkiyə) - 3:1
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- KL: "Samsunspor" və “Dinamo”dan darmadağın - YENİLƏNİB
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- ÇL: Foden həftənin ən yaxşısı seçildi
- Fransanın millimizə qarşı heyəti bəlli olub
0
0