UEFA reytinqi: AZƏRBAYCAN RUSİYANI GERİDƏ QOYDU
31.07.2025 - 14:25
Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxışı davam edir.
Apasport.az xəbər verir ki, Çempionlar Liqasında yeganə təmsilçimiz "Qarabağ" dünən "Şelburn"u məğlub edib - 1:0.
Bu qələbə ilə Azərbaycan UEFA reytinqində 28-ci pilləyə yüksəlib.
Son beş mövsümün nəticələrinə əsasən, indi ölkəmizin hesabında 18.375 xal var.
Ötən gün qazanılan qalibiyyətlə cari mövsüm qazandığımız xalların sayı 1.250 olub.
Nəticədə Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayıb. Dördüncü mövsümdür avrokuboklardan kənar qalan ölkənin hesabında isə 18.299 xal var.
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
0
0