UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" - "Sabah" matçından (1:0) sonra təmsilçimizin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
"Levski"ni qələbə münasibətilə təbrik edirəm. Oyun taktiki cəhətdən mübarizə ilə yadda qaldı. Biz rəqibdən bunu gözləyirdik. Planımız var idi və futbolçular onu yerinə yetirdilər. İlk hissədə oyunun gedişinə nəzarət edə bildik. Rəqibə ciddi şanlar vermədik. Ümumilikdə, oyun bərabər getdi. Fasilədən sonra yaxşı qol imkanlarımız oldu. Ümid edirəm, Bakıda da eyni oyun olacaq və biz revanş ala biləcəyik. Bir qol üstün olmaq həmişə yaxşıdır, amma irəlidə 90 dəqiqə var. Səhvlərimizdən dərs çıxaracağıq. "Petrokub"la oyunda da bu yaşanmışdı. "Levski" güclü rəqibdir və favoritdir, amma biz qələbə qazanmağa çalışacağıq".
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB