
“Samsunspor” UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubuna səfərdə 1:2 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisinin prezidenti Yüksel Yıldırım oyundan sonra bir sıra açıqlamalar verib.
O, rəqiblərinin milli oyun ruhunda meydana çıxdıqlarını və bir həftə öncədən təbliğata başladığını bildirib.
Yıldırım, Türkiyədə keçiriləcək cavab görüşündə rəqibə meydanın hər qarışını dar edəcəklərini və turu keçmək üçün əllərində hər fürsətin olduğunu söyləyib.
Prezident komandanın baş məşqçisi Tomas Reisə və futbolçularına güvəndiyini vurğulayıb. Həmçinin, Yıldırım qarşıdakı matç üçün komandaya xüsusi mükafat vəd edib.
Qeyd edək ki, “Samsunspor” – “Panatinaikos” oyunu avqustun 28-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.