Boksçularımız Gürcüstana yollanıblar
14.07.2026 - 16:27
Boksçularımız Gürcüstana yollanıblar

İyulun 15-də Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək.

Apasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi geniş heyətlə mübarizə aparacaq.

Məşqçilər korpusu qonşu ölkədə 20 boksçunu sınaqdan çıxaracaq.

Turnirə Azərbaycan və ev sahibləri ilə yanaşı, Qazaxıstan, İsrail və Ermənistan milli komandaları qatılacaqlar.

Bu gün Gürcüstana yollanan boksçularımız iyulun 19-da Bakıya qayıdacaqlar.