Boksçularımız Türkiyəyə yollanıb
27.08.2026 - 14:41
Yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, komandamız Rizədə təlim-məşq toplanışı keçəcək.
Məşqçilər korpusu U-17 Avropa çempionatı öncəsi son hazırlıqda 13 boksçunu yoxlayacaq. Azərbaycan, Türkiyə və Gürcüstan yığmalarının qatılacağı beynəlxalq toplanış sentyabrın 7-də yekunlaşacaq.
Qeyd edək ki, Rizədə sınaq döyüşləri də planlaşdırılır.
0
0