Azərbaycan boksçusu Zidan Hümbətov Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan yığma üzvü Cemi Kollinsdən (İrlandiya) güclü olub.
O, ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibi diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.
Boksçu növbəti döyüşünü aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.
Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Artur Vayslaya (Latviya) uduzub.
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.
- Kişi boksçular arasında ölkə çempionatında finalçılar bəlli olub
- Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb
- Ölkə çempionatı: 1/4 final mərhələsinə yekun vurulub
- Azərbaycan çempionatı: 2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli olub
- Ölkə çempionatında ikinci günün döyüşləri başa çatıb