Boksçumuz erməni rəqibini məğlub edib
22.04.2024 - 20:44

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 48 kq-da mübarizə aparan yığma üzvü 1/8 finalda Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb.
İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
- 8 boksçumuz 1/4 finalda
- “Heydər Əliyev kuboku-2025”: 6 boksçumuz ilk görüşdə qələbə qazanıb
- “Heydər Əliyev kuboku-2025” turnirinin açılış mərasimi keçirilib - FOTO
- Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
- 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
7
0