Millimiz Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək
13.05.2024 - 17:58

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmə və gənc boksçular arasında baş tutacaq yarışda baş məşqçi Elbrus Rzayev Tağı Nəsibov (60 kq), Abbasqulu Şadlinski (71 kq), Hüseyn Hüseynli (80 kq) və Ruslan Qəhrəmanova (86 kq) şans verəcək.
Yarışda final döyüşləri mayın 17-də olacaq.
Qeyd edək ki, komandamız mayın 18-də Bakıya dönəcək.
- Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
- Dünya çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
- Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər
- Millimiz dünya çempionatına 11 boksçu ilə qatılacaq
- Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq
0
0