Azərbaycan boksçusu Nəbi İsgəndərov (70 kq) Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya kubokunda növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib.
Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq.
Qeyd edək ki, Dünya kubokunda İsgəndərov millimizin 1/4 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə bu mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- Bakıda boks üzrə beynəlxalq turnir start götürəcək