Paris-2024: Azərbaycan boksçusu məğlub oldu
29.07.2024 - 23:21

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün boks yığmamızın daha bir təmsilçisi mübarizəyə qoşulub.
Malik Həsənov yarışa 1/8 finaldan başlayıb. 63,5 kq çəkidə çıxış edən Azərbaycan boksçusunun ilk rəqibi Laşa Quruli (Gürcüstan) olub. Döyüş milli üzvü üçün uğurlu alınmayıb. Təmsilçimiz 0:5 (27:30, 27:30, 28:29, 27:30, 28:29) hesabı ilə məğlub olaraq Olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, boks millimiz Parisə 5 idmançı ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) ilk görüşdə qalib gələrək 1/4 finala yüksəlib.
- 8 boksçumuz 1/4 finalda
- “Heydər Əliyev kuboku-2025”: 6 boksçumuz ilk görüşdə qələbə qazanıb
- “Heydər Əliyev kuboku-2025” turnirinin açılış mərasimi keçirilib - FOTO
- Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
- 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
0
0