Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda 425 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bilik və bacarıqlarını nümayiş etdirib.
İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyasının yüksəlməsinə xidmət edir. Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi tanınması baxımından mühüm göstəricidir, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruri şərtlərdən biridir.
- Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək
- Cüdo üzrə Liqa yarışının I turu keçiriləcək
- Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
- Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək
- Amina Abdellatif: “Avropa çempionatında qadın cüdoçulara ümidlər böyükdür”