Türkiyə A Liqasını xalsız başa vurdu - YENİLƏNİB
16.11.2026 - 01:38
Türkiyə A Liqasını xalsız başa vurdu - YENİLƏNİB

Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxıb.

Apasport.az xəbər verir ki, “ay-ulduzlular” səfərdə Fransa yığması ilə üz-üzə gəlib.

A Liqasının A1 qrupunda yer alan komandaların duelində ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, Türkiyə millisi A Liqasını xalsız başa vurub. “Ay-ulduzlular” qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub olub.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

A Liqası, A1 qrupu

Fransa – Türkiyə – 2:1