Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.
Apasport.az xəbər verir ki, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.
Cüdoçu gümüş mükafata sahib çıxıb.
Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı.
Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pilləri bölüşüb.
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə Bakı birinciliyinə start verilib
- Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər