Azərbaycan cüdoçuları Peruda dörd medal qazanıblar
12.10.2025 - 12:12
Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk günündə 4 cüdoçumuz medal sevinci yaşayıb.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizəyə qoşulan Əhməd Yusifov gümüş medala layiq görülüb.
66 kq çəkidəki təmsilçilərimiz Ruslan Paşayev və Rəşad Yelkiyev üçüncü yeri tutaraq bürünc medala sahib çıxıblar.
Qadınların mübarizəsində isə Könül Əliyeva (-48 kq) eyni uğuru təkrarlayıb.
Günün yekunlarına əsasən, aktivində 1 gümüş və 3 bürünc medal olan milli komandamız ümumi sıralamada 48 ölkə arasında altıncı pillədə qərarlaşıb.
- Azərbaycan cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək - DÖRDÜNCÜ DƏFƏ
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
0
0