Azərbaycan cüdoçuları Qvadalaxara Qran-Prisində mübarizə aparacaq
10.10.2025 - 10:50
Azərbaycan cüdoçuları Qvadalaxara Qran-Prisində mübarizə aparacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 17–19 oktyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində Qran-Pri turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.

Kişilərin yarışında Əhməd Yusifov və Balabəy Ağayev (60 kq), Ruslan Paşayev və Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (73 kq), Vüsal Qələndərzadə və Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), həmçinin Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək.