
Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq düşərgəsindədir.
Apasport.az xəbər verir ki, toplanışa böyüklərdən və gənclərdən ibarət yığma komandaların ümumilikdə 30 üzvü cəlb edilib. Hazırlıq prosesi martın 21-nə qədər davam edəcək.
Düşərgəyə əsas milli komanda Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində start verib. Daha sonra idmançılarımız hazırlığı Kodokan Təlim Mərkəzində davam etdirəcək. Təlim məşqin növbəti hissəsində Yaponiya milli komandasının cüdoçuları da iştirak edəcək.
Təlim-məşq toplanışı aprel ayında Monteneqroda baş tutacaq Avropa çempionatına və may ayında keçiriləcək beynəlxalq turnirlərə uzunmüddətli hazırlığın bir hissəsidir.
Hazırlıq prosesində böyüklərdən ibarət yığmaya baş məşqçisi Riçard Trautman və böyük məşqçilər Elçin İsmayılovla Slavko Tekiç, gənclərdən ibarət milliyə isə baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Kotaro Sasaki rəhbərlik edir.
- Qaxda yeni cüdo zalının açılışı olub
- Cüdo məşqçiləri üçün təşkil olunan peşəkar inkişaf proqramı davam edir - FOTO
- Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olunub - FOTO
- Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO
- Paracüdoçularımız dünya çempionatına qatılıblar