Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər
04.05.2026 - 15:48
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri növbəti beynəlxalq yarışda ölkəni təmsil ediblər.
Apaspor.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
A kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev, B kateqoriyalı beynəlxalq dərəcəli referi Ülvi Əliyev və respublika dərəcəli hakim İslam Nəcəfquliyev Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ədalət təmsilçiləri sırasında yer alıblar.
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə Bakı birinciliyinə start verilib
- Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
0
0