Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır
05.06.2026 - 13:08
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına Şamaxıda hazırlaşır

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisi Avropa çempionatına hazırlığı Şamaxıda davam etdirir.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Təlim-məşq toplanışına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edir. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparırlar.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.