Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib.
Apasport.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən ilk seminara serbiyalı tanınmış mütəxəssis Aleksandar Kukoly rəhbərlik edib.
Texniki sessiyada milli komandanın məşqçilərindən Slavko Tekiç, Kotaro Sasaki, həmçinin yerli cüdo ekspertləri Orxan Səfərov, Asiman Allahverdiyev və Rafiq Nəcəfov iştirak ediblər. Üç gün davam edəcək təlimlərə 14 ölkədən 400-dən çox yeniyetmə cüdoçu qatılıb.
Qeyd edək ki, sabahdan etibarən ölkəmiz Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək