Noyabrın 21-22-də Bakıda cüdo üzrə kəmər dərəcələri almaq üçün rəsmi imtahan təşkil olunacaq.
Apasport.az xəbər verir ki, imtahan Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində keçiriləcək.
Kəmər seçimi idmançıların yaşına uyğun aparılacaq. İmtahanı uğurla başa vuran iştirakçılara ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək. İmtahanda iştirak etmək istəyənlər təmsil etdikləri idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilərlər. Qeydiyyat ödənişlidir.
- Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
- Millimiz Bakıda keçirilən Avropa çempionatını ikinci başa vurub
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub