Noyabrın 28-30-da Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.
Apasport,az xəbər verir ki, ölkə bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.
Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev, Aslan Kotsoyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
- Azərbaycan cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək - DÖRDÜNCÜ DƏFƏ
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq