Cüdo: Liqa yarışının II turu start götürüb
20.05.2026 - 21:12
Cüdo: Liqa yarışının II turu start götürüb

Mayın 20-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu start götürüb.

Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 6 çəki dərəcəsində 245 cüdoçu mübarizəyə qoşulub. 

Qızlar -40 kq, -52 kq, -70 kq; oğlanlar isə -50 kq, -66 kq, -90 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdirib. 

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

Medalçıları təqdim edirik:

Qızlar 

-40 kq
1. Sofiya Bıkova (Maştağa İK)
2. Ləman Bağırova (Naxçıvan UGİM)
3. Fəridə Rəhimli (Naftalan UGİM)
3. Rəvanə Əliquliyeva (Qəbələ, Bakı)

-52 kq
1. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)
2. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Yağmur Abdullayeva (Arifoğlu İK)
3. Gülnarə Qasımova (Şahin 313 İK)

-70 kq
1. Türkan Məmmədli (Qədiroğlu İK)
2. Zümrüd Əliyeva (RKİM)
3. Lalə Səbziyeva (Sumqayıt şəhəri İOEUGİM)
3. Məleykə Əsədova (Şahin 313 İK)

Oğlanlar

-50 kq
1. Ülvi Cəlilzadə (Neftçi İK)
2. Hüseyn Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Eldar Xəlilov (Goranboy OİK)
3. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

-66 kq
1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Həsən İbadov (Neftçi İK)
3. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)
3. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-90 kq
1. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Munir Əlizadə (Atilla İK)
3. Qədir Umudəliyev (Qədiroğlu İK)