Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
16.12.2025 - 16:29
Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 88 klub və idman cəmiyyətindən 495 cüdoçu (350 oğlan, 145 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.
Dekabrın 18–20-də fərdi mübarizə, 21-də isə komandalararası yarış baş tutacaq.
Qeyd edək ki, görüşlər hər gün saat 11:00-da start götürəcək.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0