Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb - FOTO
14.02.2026 - 20:38
Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb - FOTO

Bu gün cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu start götürüb.

Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 187 cüdoçu mübarizəyə qoşulub.

Qızlar -40 kq, -48 kq, -57 kq, -70 kq; oğlanlar isə -50 kq, -60 kq, -73 kq və -90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.

Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.

Mükafatçıları təqdim edirik:

Qızlar 

40 kq
1. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Zəhra İsmayılova (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Əsnad Əzimova (Elxan İK)

48 kq
1. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Zəhra Feyzullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Rahilə Rzalı (Sərhədçi İM)

57 kq
1. Zöhrə Ağazadə (Neftçi İK)
2. Aysu Mədətli (Mingəçevir UGİM)
3. Aytən Səmədli (Mingəçevir UGİM)

70 kq
1. Dəniz Əlizadə (Sumqayıt OİK)
2. Sümeyya İsmayılova (Qəbələ İK şəhər)
3. İmamə Rəcəbli (Boz Oğuz İK)

Oğlanlar

50 kq
1. Aqil Nağıyev (RKİM)
2. Fərid Rzazadə (Pirşağı-Kürdəxanı İK)
3. Aqşin Oruclu (Azəri İSM Sumqayıt)
3. Hüseyn Heydərli (Sərhədçi İM)

60 kq
1. Ayxan Abbaszadə (Goranboy UGİM)
2. Yusif Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

73 kq
1. Tuncay Ağazadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Ayxan Qasımov (Neftçi İK)
3. Hüseyn Hüseynov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Ruhid Quluzadə (Judo Club 2020 İK)

90 kq
1. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Kamran Hacıyev (Neftçi İK)
3. Valeh Sadıqlı (Yevlax)
3. Məhəmməd Məmmədli (Neftçi İK)