Bu gün 17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın son günündə komanda qarşılaşmaları keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə oğlanlar arasında 8, qızlarda isə 7 komanda mübarizə aparıb.
Oğlanların yarışında Bakı şəhəri 2 nömrəli RİOEUGİM komandası qızıl medallara layiq görülüb. Bakı şəhəri 13 nömrəli İOEUGİM gümüş mükafat qazanıb. Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ və “Judo Club 2020 İK” komandaları isə üçüncü yeri tutublar.
Qızların komanda yarışında Bakı şəhəri 13 nömrəli İOEUGİM birinci olub. RKİM ikinci pillədə qərarlaşıb. Sumqayıt şəhəri 2 nömrəli UGİŞM və “Judo Club 2012” komandaları bürünc medallara sahib çıxıblar.
- 20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb