Cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
21.10.2025 - 16:19
17 yaşadək cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə Xızı, Abşeron və Sumqayıt idmançıları mübarizə aparacaqlar.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin regional birincilik millinin heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Qeyd edək ki, turnir oktyabrın 25-26-da Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.
- Azərbaycan cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək - DÖRDÜNCÜ DƏFƏ
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
0
0