Cüdoçularımız Asiya Kubokunda iki medal qazanıb - FOTO
20.11.2025 - 21:45
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə yeniyetmələr arasında Asiya Kuboku start götürüb.
Apasport.az xəbər verir ki, beynəlxalq turnirdə 2 cüdoçumuz fəxri kürsüdə yer alıb.
60 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev gümüş, 50 kq çəkidə mübarizə aparan Devid Mahmudov isə bürünc medal qazanıb.
Qeyd edək ki, ölkəmiz turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.
- Azərbaycan cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək - DÖRDÜNCÜ DƏFƏ
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
0
0