Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
15.03.2026 - 23:38
Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.
Apasport.az xəbər verir ki, son yarış günündə milli komandamızın daha 2 üzvü fəxri kürsüdə yer alıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. 100 kq çəkidə çıxış edən Elmar Qasımov isə bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (-66 kq) üçüncü yeri tutmuşdu.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
1
0