Azərbaycan qadın cüdoçuları fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə Azərbaycanın 3 çəki dərəcəsində 6 cüdoçusu qatılacaq.
Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.
Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova
Nuranə Hacızadə
57 kq
Vüsalə Hacıyeva
63 kq
Nilgün Rzayeva
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək