Cüdoçularımız Belçikadakı Açıq Turnirin ilk günündə 7 medal qazanıb - FOTO
31.01.2026 - 23:48
Cüdoçularımız Belçikadakı Açıq Turnirin ilk günündə 7 medal qazanıb - FOTO

Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnirə start verilib.

Apasport.az xəbər verir ki, Vise şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan cüdoçuları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar. 

Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) turniri gümüş medalla tamamlayıblar. Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, ölkəmiz yarışda ümumilikdə 31 cüdoçu ilə təmsil olunur.