Cüdoçularımız “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər
03.05.2024 - 19:38

Azərbaycan cüdoçuları Tacikistanın paytaxı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış ediblər.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə 5 idmançımız tatami üzərinə çıxıb.
Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Açeliya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) yarışı medalsız başa vurublar.
Turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanırlar.
- Qaxda yeni cüdo zalının açılışı olub
- Cüdo məşqçiləri üçün təşkil olunan peşəkar inkişaf proqramı davam edir - FOTO
- Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olunub - FOTO
- Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO
- Paracüdoçularımız dünya çempionatına qatılıblar
0
0