Cüdoçularımız Daşkənddə beynəlxalq təlim-məşq toplanışına qatılıblar - FOTO
03.03.2026 - 16:24
Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb.
Apasport.az xəbər verir ki, hazırlıq prosesinə 19 cüdoçumuz (12 kişi, 7 qadın) qatılıb.
İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif başçılıq edir.
13 ölkənin iştirak etdiyi təlim düşərgəsi martın 6-da başa çatacaq.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0